Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub.
Teleqraf.com xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşması Parisdə keçirilib. Bu mövsüm turnirin qrup mərhələsində üz-üzə gələn PSJ və "Barselona" bu dəfə 1/4-də münasibətlərinə aydınlıq gətirəcəklər. 4 qolun qeydə alındığı birinci görüşdə Kataloniya klubu 3:1 hesablı qələbə qazanıb.
“Bavariya” səfərdə "Porto"nun qonağı olub. Matçın favoriti Münhen klubu olsa da, Portuqaliya təmsilçisinin rəqibinə asan təslim olmayacağı bəlli idi. Oyunun nəticəsi də bundan xəbər verib. "Porto" qonaqları əliboş yola salmağı bacarıb - 3:1.
Çempionlar Liqası, 1/4 finalın ilk oyunları
15 aprel
PSJ – “Barselona” - 1:3
Qollar: Van der Vil, 82 - Neymar, 18, Suares, 67; 79
Baş hakim. Mark Klattenburq (İngiltərə)
Paris. “Park de Prans” stadionu
“Porto” – “Bavariya” - 3:1
Qollar: Kuarejma, 3-pen; 10, Martines, 65 - Alkantara, 28
Baş hakim. Karlos Velasko Karbalyo (İspaniya)
Porto. “Draqau” stadionu
Rüstəm