Bu gecə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bütün qarşılaşmalar eyni günə nəzərdə tutulub. Qitənin ikinci dərəcəli klub turnirinin son qalibi “Sevilya” İspaniyada “Zenit”i qəbul edəcək. “Dnepr” səfərdə “Brügge”nin qonağı olacaq. Ukraynanın digər təmsilçisi "Dinamo" "Fiorentina", "Napoli" isə "Volfsburq"la üz-üzə gələcək.
Avropa Liqası, 1/4 final, ilk oyunlar
16 aprel
00:05. “Sevilya” (İspaniya) – “Zenit” (Rusiya)
Baş hakim: Bas Niyhuis (Hollandiya)
Sevilya. Ramon Sançes Pisxuan stadionu
00:05. “Brügge” (Belçika) – “Dnepr” (Ukrayna)
Baş hakim: Damir Skomina (Sloveniya)
Brügge. Yan Beydel stadionu
00:05. “Dinamo” (Kiyev, Ukrayna) – “Fiorentina” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Kiyev. Olimpiya stadionu
00:05. “Volfsburq” (Almaniya) – “Napoli” (İtaliya)
Baş hakim: Antonio Masteu Latos (İspaniya)
Volfsburq. “Volfsburq Arena”
Rüstəm