Dünya idman mətbuatında PSJ-nin forvardı Edinson Kavaninin komandanı tərk edəcəyi ilə bağlı xəbərlərin sayı durmadan artır.
Teleqraf.com-un məlumatına görə, uruqvaylı futbolçu mətbuat konfransında söz-söhbətlərə aydınlıq gətirib :
"Gələcəyim haqda çoxlu söz-söhbətlər gəzir. Mən burada qalacağam. Müqaviləmə hörmətlə yanaşıram və komandama faydalı olduğumu düşünürəm".
Qeyd edək ki, "Mançester Yunayted" Kavani ilə yaxından maraqlanır.
Rüstəm