Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Teleqraf.com xəbər verir ki, artıq ilk iki yarımfinalçı müəyyənləşib. “Barselona” doğma meydanda PSJ-ni qəbul edib. Səfərdə 3:1 hesabı ilə qalib gələrək cütün taleyinə aydınlıq gətirən Kataloniya klubunun evdə bu üstünlüyü əldən verəcəyi elə də inandırıcı görünmürdü.
Fransızlar ancaq möcüzəyə ümid edə bilərdi ki, bu da reallaşmayıb. “Barsa” rəqibinə 2 cavabsız qolla qalib gələrək yarımfinala yüksəlib.
Digər oyunda “Bavariya” evdə “Porto”nu qəbul edib. Portuqaliyada gözlənilmədən rəqibinə uduzan Münhen klubu öz meydanında həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Almanlar qonaqları biabır edib - 6:1.
Digər iki yarımfinalçı bu gün keçiriləcək iki oyundan sonra müəyyənləşəcək.
Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
21 aprel
“Barselona” (İspaniya) – PSJ (Fransa) - 2:0
Qollar: Neymar, 14; 34
Baş hakim: Sveyn Oddvar Moen (Norveç)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun: 3:1
“Bavariya” (Almaniya) – “Porto” (Portuqaliya) - 6:1
Qollar: Alkantara, 14; Boatenq, 23; Levandovski, 27; 40; Tomas Müller, 36; Xabi Alonso, 88 - Martines, 73
Baş hakim: Martin Atkinson (İngiltərə)
Münhen. “Alyans Arena”
İlk oyun: 1:3
Rüstəm