22 Aprel 2015 13:36
1 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi" yayda "İnter"in forvardı Mauro İkardini heyətinə qatmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə "ESPN" məlumat yayıb. 22 yaşlı futbolçu "zadəganlar"ın əsas transfer hədəfidi.

Hazırda "İnter" müqavilə müddətinin uzadılmasıyla bağlı argentinalı hücumçu ilə danışıqlar aparır. Ancaq tərəflər arasında hələ də razılıq əldə olunmayıb.

Mövsüm ərzində 41 matçda meydana çıxan İkardi 21 dəfə fərqlənməklə yanaşı, 4 məhsuldar ötürmə verib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər