Dünya futbolunun ulduzları zaman-zaman unudulmaz sözləri ilə diqqət çəkib.
Qol.Az saytı futbol tarixinin ən yadda qalan sözlərini təqdim edir:
Pep Qvardiola: "Barselona"da Messini dünyanın ən yaxşı futbolçusu etməyə çalışdım. Ancaq o, məni dünyanın ən yaxşı baş məşqçisi etdi".
Mişel Platini: "Böyük komandalar qazandıqları kuboklar, kiçik komandalar isə məğlub etdikləri böyük komandalarla öyünürlər".
Devid Bekhem: "Bir dəfə Messi topu sağımdan atıb, solumdan sürətlə keçdi. Həmin gün ciddi olaraq karyeramı başa vurmağı düşündüm".
Mario Balotelli: "Hakim formamı çıxardığım üçün deyil, vücudumu qısqandığı üçün məni sarı vərəqə ilə cəzalandırdı".
Quus Hiddink: "Ulduz futbolçularla işləmək çətin deyil. Çətinlik istedadsız olub, özünü ulduz sanan futbolçularla çalışmaqdır".
Joze Mourinyo: "Gündə 15 saat işləyib, evinə bir neçə yüz avro aparan atalar yorğun ola bilər. Ancaq biz yorulmamalıyıq".
Dieqo Armando Maradona: "O, mənim yox, tanrının əli idi".
Zlatan İbrahimoviç: "Arsen Venger 17 yaşımda məni "Arsenal"a baxışa çağırdı. Bu təklifi rədd etdim. O, mənim yoxlanmağa ehtiyacım olduğunu düşünürdü? Mən artıq 10 yaşımda bu düşüncələrdən uzaqlaşmışdım".
Samuel Etoo: "Sizə qol vuracağımla bağlı söz vermirəm. Lakin meydanda bir ağ adam kimi yaşamaq istəyən qaradərili kimi qaçacam".
Erik Kantona: "Mən bir komandaya qarşı deyil, məğlubiyyətə qarşı mübarizə aparıram".
Pavel Nedved: "Bir klub aşağı liqaya düşərsə, futbolçular gedər, komandada yalnız adamlar qalar"
Kriştiano Ronaldo: "İnsanlar mənim özüm və pul üçün oynadığımı düşünürlər. Halbuki, mən atam mənimlə qürur duysun deyə, oynayıram".
Sokrates: "Korintians"ın çempion olduğu bir gündə ölmək istəyirəm".
Ser Aleks Fergüsson: "Ronaldo İngiltərədə hər komandada oynayar. Hətta het-triklər edər, ancaq Messi bunları bacarmaz".
Ronaldinyo: "Mançester Yunayted" məni transfer etsəydi, indi daha çox kuboku olardı".
Stiven Cerard: "Ölərkən məni xəstəxanaya yox, "Enfild Road" stadionuna aparın. Orada doğuldum, orada öləcəm".