4 May 2015 08:20
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyada futbol oyunu zamanı insident baş verib. Musavat.com Sport.ro-ya istinadən xəbər verir ki, tribunalardan atılan fişəng qapıçının qulağının tutulması ilə nəticələnib.

Hadisə ölkə çempionatında Buxarest "Dinamo"su və "Styaua" klubları arasında qarşılaşmada baş verib. Oyinin 46-cı dəqiqəsində "Styaua"nın litvalı qapıçısı Gyedrius Arlauskisə fişəng atılıb. Bundan sonra hakim oyunu dayandırıb. Qapıçı bildirib ki, sağ qulağı eşitmir. Oyunda 20 dəqiqəlik fasilə yaranıb. Daha sonra qapıçı yerinə qayıdıb və qarşılaşma davam etdirilib.


Fişəng atdılar, qapıçının qulağı tutuldu... by mammadlimahir-mm


Müəllif: