15 May 2015 17:21
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hələ də nə baş verdiyinə inanmıram. Ukrayna kubokunu qazanmağı arzulayırdım, lakin artıq Avropa Liqasının finalındayıq. Komandamla, şəhərimlə və ölkəmlə fəxr edirəm".

Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Dnepr"in futbolçusu Artem Fedetski Avropa Liqasının yarımfinalında "Napoli"yə qalib gəldikləri cavab oyunundan sonra deyib:

Ukraynalı futbolçu "Napoli"nin hücumçusu Qonzalo İquainin artıq karyerasını başa vurmalı olduğunu bildirib: "İquain oyundan öncə "Dnepr" səddini keçə bilməyəcəkləri təqdirdə karyerasını başa vuracağını açıqlamışdı. Artıq o, karyerasını başa vurmalıdır. Hər bir insan sözünə cavabdeh olmalıdır. Yəqin ki, İquain "Dnepr"in komanda olmadığını düşünüb. Biz isə finala çıxmaqla onun yanlış düşündüyünü sübut etdik".

Qeyd edək ki, dünən evdə "Napoli"ni 1:0 hesabı ilə məğlub edən "Dnepr" tarixində ilk dəfə Avropa Liqasının finalına yüksəlib.


Müəllif:

Oxşar xəbərlər