UEFA Çempionlar Liqasının final matçını idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Avropa futbol qurumu "Barselona" - "Yuventus" matçını türk hakimlərə tapşırıb.
İyunun 6-da Berlindəki Olimpiya stadionunda keçiriləcək oyunda ədaləti Cüneyt Çakır qoruyacaq.
Ona həmyerliləri - Bahaddin Duran və Tarık Engin yardımçı edəcək. Matçın dördüncü hakimi isveçli Yonas Erikson, qapı arxası hakimləri isə türklər - Hüseyn Göçek və Barış Şimşək olacaq.