19 May 2015 08:48
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspanya klubu "Barselona"-nın futbolçusu Xavi cümə axşamı günü mətbuat konfransında komandadan ayrılacağını elan edəcək. Bu barədə Trend KİV-lərə istinadən xəbər verir.

35 yaşlı oyunçu karyerasını Qətərin "Əl-Sədd" komandasında davam etdirəcəyini deyəcək.

Əfsanəvi futbolçunun Katalonya klubu ilə muqaviləsi 2016-cı ilin iyun ayında bitir, yalnız tərəflər onun vaxtından tez bitməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Xavi "Barselona"-da 1998-ci ildən çıxış edir. Klub tərkibində 8 dəfə ölkə çempionu, 6 dəfə İspanya Superkuboku, 2 dəfə İspanya Kuboku, 3 dəfə Çempionlar Liqası, 2 dəfə Avropa Superkuboku və 2 dəfə klublar arası dünya çempionluğuna sahib olub.


Müəllif:

Oxşar xəbərlər