21 May 2015 22:25
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted" "Valensiya"nın futbolçusu Nikolas Otamendi ilə ilkin müqavilə bağlayıb.

Teleqraf.com-un məlumatına görə, transferin rəsmiləşməsi üçün klublar transfer məbləğini razılaşdırmalıdılar.

"Qırmızı şeytanlar" 27 yaşlı argentinalıya görə 27 milyon funt sterlinq təklif edir. Amma müqavilənin bəndinə əsasən futbolçunun satış qiyməti 38,2 milyondu.

Otamendi bu mövsüm İspaniya La Liqasında 34 oyununda 5 qol vurub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər