İngiltərədə mövsümün bitməsinə cəmi bir tur qalmış ilin ən yaxşı məşqçisinin adı məlum olub.
Teleqraf.com xəbər verir ki, artıq Premyer Liqada ilin yekunlarına əsasən, mükafatlar sahiblərini tapırlar.
"Çelsi"nin çalışdırıcısı Joze Mourinyo ilin ən yaxşı baş məşqçisi seçilib. Maraqlısı budur ki, Mou mövsüm ərzində bir dəfə də olsun "Ayın məşqçisi" mükafatını qazana bilməmişdi.
Portuqaliyalının rəhbərliyi altında 37 matçda cəmi 3 dəfə məğlub olan "Çelsi" İPL çempionluğunu rəsmiləşdirib
Rüstəm