Türkiyənin "Akhisar" klubu baş məşqçisi Roberto Karlosla yollarını ayırıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə klubun prezidenti Hüseyn Əryüksəl məlumat verib.
Klub prezidenti qarşılıqlı razılıq əsasında braziliyalı mütəxəssislə müqavilənin ləğv olunduğunu bildirib.
Qeyd edək ki, "Akhisar" R.Karlosun rəhbərliyi altında keçirdiyi 18 oyunda 5 qələbə qazanıb, 6 heç-heçə edib və 7 dəfə meydandan məğlub ayrılıb.