İspaniya La Liqasında mübarizə aparan "Elçe" klubu aşağı liqaya göndəriləcək.
Buna Valensiya təmsilçisinin borclarını ödəyə bilməməsi səbəb olub.
Bu barədə rəsmi qərar sabah keçiriləcək məhkəmə prosesindən sonra qəbul olunacaq. "Elçe"nin maliyyə problemləri həll olunmasa, komanda yeni mövsümdən aşağı liqada mübarizə aparacaq.
Qeyd edək ki, "Elçe" ötən mövsüm La Liqanı 13-cü pillədə başa vurub.