"Liverpul"un sahibi Tom Verner baş məşqçi Brendan Rocerslə bir araya gəlib.
Teleqraf.com xəbər verir ki, rəhbərlik uğursuz keçən mövsümün yekunlarını dəyərləndiriblər. Görüşün sonunda Vernerin daha bir il Rocerslə çalışmaq istədiyi məlum olub.
"Liverpul" Premyer Liqanın sonuncu turunda "Stok Siti"yə 1:6 hesabı ilə uduzduqdan sonra Rocers klub sahibləri istəyəcəyi təqdirdə komandanı tərk edəcəyini bildirmişdi.
Rüstəm