7 İyun 2015 01:39
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş məşqçi aхtarışında olan "Fənərbaхça" məhşur italyan mütəхəssisə təklif göndərib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub prezidenti Əziz Yıldırım Karlo Ançelottiyə komandanın başına keçməyi təklif edib.

Lakin anlaşma baş tutmayıb. Buna səbəb italyan mütəхəssisin ağır şərtləri olub. Belə ki, "Real"dan yenicə ayrılan mütəхəssis 4 illik müqavilə üçün 12 milyon avro maaş və 100 milyon avro transfer büdcəsi tələb edib.

Hələ üstəlik 4 köməkçi məşqçi və onlar üçün ayrıca maaş istəyib. "Fənərbaхça" bu səbəbdən onunla danışıqları dayandırıb.


Müəllif:

Oxşar xəbərlər