7 İyun 2015 18:17
522

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığması bu gün yoxlama görüşündə qüvvəsini sınayacaq.

Teleqraf.com-un məlumatına görə, Niko Kovaçın komandası bu gün Cəbəllütariq yığması ilə qarşılaşacaq.

Cırtdan ölkə təmsilçisi ilə oyun xorvatlar üçün "Avro-2016"nın seçmə mərhələsində İtaliya ilə önəmli matça hazırlıq məqsədi daşıyır. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, iyunun 12-də keçiriləcək Xorvatiya - İtaliya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Müəllif: