10 İyun 2015 08:47
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted" "Real"ın 4 futbolçusuyla birdən maraqlanırmış.

Teleqraf.com xəbər verir ki, bu barədə AS məlumat yayıb. MY təkcə Qaret Beyllə Rafael Varanı yox, həm də Kriştiano Ronaldo və Kərim Benzemanı transfer etmək istəyib.

İngilis klubu sözügedən 4 futbolçunun müqavilələri barədə "Real"dan məlumat almağa çalışıb. Ancaq Madrid təmsilçisi onlarla yollarını ayırmaq niyyətində olmadığını "Mançester Yunayted" rəhbərliyinin nəzərinə çatdırıb.

Rüstəm


Müəllif: