9 İyul 2015 19:22
595

"Barselona"nın yeni transferi Arda Turanın təqdimat mərasimi keçiriləcək.

Qol.Az-ın "NTVspor"a istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu sabah "Nou Kamp" stadionunda ictimaiyyətə rəsmən təqdim olunacaq.

Klubdan verilən açıqlamada Ardanın sabah baş tutacaq mətbuat konfransının Bakı vaxtı ilə saat 14:00-da başlayacağı bildirilib. Bundan yarım saat sonra isə Arda meydana çıxaraq, onu izləməyə gələn azarkeşləri salamlayacaq.

Qeyd edək ki, 41 milyon avro qarşılığında "Atletiko"dan "Barselona"ya transfer olunan Türkiyə millisinin üzvü Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.


Müəllif: