12 İyul 2015 16:59
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid “Real”ının futbolçusu Qaret Beyl sabiq komanda yoldaşı İker Kasilyas haqda xoş sözlər deyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uelsli yarımmüdafiəçi şəxsi “Tvitter” səhifəsində “Portu”ya gedən 34 yaşlı qapıçıya uğurlar arzulayıb:

“Kasilyasla bir komandada oynamaq böyük şərəfdir. Onunla iki il bir yerdə çıxış etdim. Kasilyas əsl futbol əfsanəsidir. Sənə uğurlar arzulayıram dostum”.

Qeyd edək ki, komandası ilə 18 kubok qazanan Kasilyas Madrid klubunun digər canlı əfsanəsi Raul Qonzalesdən (741) sonra "Real"da ən çox oyun keçirən (725) ikinci futbolçudur.


Müəllif:

Oxşar xəbərlər