13 İyul 2015 16:32
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının birinci təsnifat mərhələsində “Neftçi”nin Çernoqoriya “Mladost”unu keçə bilməməsi və yeni transferlərin olub-olmaması barədə klubun idman direktoru Vəli Qasımovun fikirlərini öyrəndik.

Publika.az-a danışan klub rəsmisi yeni transferlərin yerli yox, legioner olacağını deyib:

“Böyük üzüntümüz davam edir. Çünki hər iki oyunda rəqibimizdən daha yaxşı çıxış etdiyimizi düşünürəm. Amma anlayırıq ki, komanda hələ lazım olan səviyyəyə çatmayıb. Əsas odur ki, bu tempdə davam etsək, daha böyük uğurlar qazana bilərik.


Məqsədimiz gələcəyin komandasını qurmaqdır. Buna görə də gənc futbolçulara şans veririk.

Transferlərə gəldikdə isə bəzi mövqeyləri gücləndirmək lazımdır, boşluqlar var. Buna görə də, böyük ehtimalla yeni futbolçular olacaq. Bir- iki mövqeyə legioner futbolçu almağı fikirləşirik. Amma bu barədə indi dəqiq nə isə deyə bilmərəm”.


Müəllif:

Oxşar xəbərlər