28 İyul 2015 18:07
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya yığmasının və Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Fredin qanında dopinq aşkarlanıb.

Publika.az xəbər verir ki, futbolçudan dopinq-test Çilidə keçirilən Amerika kubokunda götürülüb. Fredin orqanizmində qadağan olunmuş qidroxlorotiazid maddəsi aşkar edilib.

B testinin nəticəsi isə iyulun 29-da açıqlanacaq. Fred Braziliya yığmasının heyətində Amerika kubokunda iki oyun keçirib. O, milliyə “Volfsbur”un zədələnmiş futbolçusu Luis Qustavonun yerinə dəvət edilmişdi.

Braziliya Amerika kubokunda mübarizəni 1/4 finalda dayandırmışdı.


Müəllif:

Oxşar xəbərlər