4 Avqust 2015 10:28
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatına qarşı vuruşmaq üçün Türkiyədə ABŞ tərəfindən öyrədilərək silahlandırılan ilk qrup böyük müvəffəqiyyətsizliyə uğraması Vaşinqtonu hərəkətə keçirdi.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama “təlim-təchiz” proqramında iştirak edən müxalif döyüşçülərin İŞİD və rejim güclərinin mümkün hücumlarından qorunması üçün əmr verib.


Əmrə əsasən müxalif silahlılarının qorunması üçün lazım gələcəyi halda Bəşər Əsədin qüvvələri də vurulacaq.


Qeyd edək ki,suriyalı müxaliflərdən təşkil olunan qrup Suriyada bir güllə atmadan darmadağın olublar. İyunun 12-də Suriyaya daxil olan və 30-ci diviziya adlanan 54 nəfərlik qrupun İŞİD-ə bir güllə belə atmağa fürsəti olmayıb. Qrupun təxminən yarısı “Əl-Qaidə”nin davamı olan “Əl-Nüsra” Cəbhəsinə əsir düşüb. Digərləri ya öldürülüb, ya da qaçıb. Sağ xilas olanlar isə Hələbdə PYD-nin (PKK-nın Suriya qolu) nəzarətindəki Afrin bölgəsinə sığınıb.


“Əl-Nüsra” Cəbhəsi qaçırdığı döyüşçüləri ABŞ agenti olaraq xarakterizə edib.

“Təlim-təchiz” proqramı hələlik yalnız Türkiyə və İordaniyada həyata keçirilir. Proqramın yaxın vaxtlarda Səudiyyə Ərəbistanında da həyata keçirilməsi planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər