Braziliya millisinin sabiq futbolçusu Rivaldo yenidən karyerasını başa vurub.
Daha öncə prezidenti olduğu "Moji-Mirim"in heyətində yaşıl meydanlara qayıdan Rivaldo yenidən futboldan getmək qərarı verib.
Buna onun dizindəki zədə səbəb olub. Braziliya ikinci liqasında mübarizə aparan "Moji-Mirim"in heyətində iki oyun keçirən və bir qol vuran Rivaldo matçlara ağrıkəsici iynə ilə çıxdığını etiraf edib.
Qeyd edək ki, Rivaldo ötən ay "Moji-Mirim"in prezidentlik vəzifəsindən istefa verərək bütün diqqətini futbolçu kimi yaxşı çıxış etməyə yönəldəcəyini bildirmişdi. O, bundan sonra klubun yeni prezidentinin məsləhətçisi olacağını açıqlamışdı.