“Rubin”in keçmiş baş məşqçisi Kurban Berdıev Rusiyanın başqa klublarından gələn təkliflərdən imtina edib.
Teleqraf.com xəbər verir ki, buna səbəb Berdıevin “Rubin”ə sadiq olmasıdı. Ona Rusiyanın iddialı kıublarından - “Spartak”, “Zenit” və “Dinamo”dan təklif gəlsə də, məşqçi onları geri çevirib. Bunu isə “Rubin”ə qarşı oynamaq istəmirəm” fikiri ilə izah edib.
Berdıev bilidirb ki, onun məşqçi kimi formalaşmasında Kazan klubunun, Tatarıstan rəhbərliyinin, şəxsən Mintimer Şaymiyevin böyük əməyi olub. Elə ona görə də o, Rusiyanın başqa bir klubunda çalışmaqdan imtina edib. Berdıev bildirib ki, Rusiyada ancaq “Rubin”də işləyə bilər.
Deyilənlərə görə, Kurban Berdievin yenidən “Rubin”i çalışdırmaq ehtimalı var. Hazırda tanınmış mütəxəssisə xaricdən də təkliflər var. Ona İspaniya, İtaliya, Türkiy, Küveyt, Qətər klubları təklif göndərsələr də, Berdıev imtina edib. Hətta Bloxinin istefasından sonra Kiyev “Dinamo”sunu prezidenti Surkis Berdıevə “Rubin”də aldığından 5 qat artıq məvaciblə müqavilə təklif edib. Ancaq mütəxəssis may ayına qədər heç bir təklifi dəyərləndirməyəcəyini bildirib. İddia olunur ki, may ayına qədər “Rubin”ə qayıtmaq variantı alınmasa, Berdıev xaricdən gələn təkliflərdən birini qəbul edəcək.