"Arsenal" yay "transfer pəncərəsi"nin bağlanmasına qədər heyətini hücumçu ilə gücləndirmək niyyətindədi.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. London klubu PSJ-nin forvardı Edinson Kavaninin transferini nəzərdən keçirir.
Qeyd edilir ki, "Arsenal" "Real"ın futbolçusu Kərim Benzemanın transferi alınmadığından bütün diqqətini 28 yaşlı uruqvaylıya yönəldib.
"Arsenal" hələ iki il əvvəl Kavani "Napoli"də oynayanda onu əldə etmək istəyirdi. Ancaq İtaliya klubu nəticədə 55 milyon funt qarşlığında PSJ-yə satdı.
Bu mövsüm Paris klubunun heyətində 3 oyun keçirən Kavani hələ heç nə ilə yadda qalmayıb.
Rüstəm