27 Avqust 2015 23:34
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər kəsi təbrik edirəm. Hər iki oyunda qalib gəlməyimiz yaxşı oldu. Qarşımıza qoyulan minimum vəzifəni yerinə yetirdik. Hər bir futbolçuma sağol demək istəyirəm. “Qəbələ”yə də "Panatinaikos"la oyunda uğurlar arzulayıram”.

Teleqraf.com Qol.Az-a istinadən bildirir ki,, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinə yüksəldikləri oyundan sonra deyib.

Qurbanov “Yanq Boyz” üzərində qələbədən (3:0) sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Matçın 70-ci dəqiqəsində Reynaldo və Almeyda kimi aparıcı futbolçuları əvəzləyəcəyinizi düşündük. Ancaq siz fərqli qərar verdiniz.
- Demək olar ki, 70-ci dəqiqədən sonra oyunun tempi düşmüşdü. Düşündük ki, milli komandaya gedən futbolçulara istirahət verək. Əfran hələ tam formasını bərpa etməyib. İnanıram ki, millidinin düşərgəsindən qayıdandan sonra hər şey qaydasında olacaq.

- “Qarabağ” Azərbaycan futbolunda yeni tarix yazdı, ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldi. Baş məşqçi olaraq nə hisslər keçirirsiniz.
- “Qarabağ”ın baş məşqçisi olduğum vaxtdan böyük stressdəyəm. Həqiqətən bu komandanı çalışdırmaq böyük məsuliyyətdir. Ən azından məcburi köçkünlərimizə az da olsa, sevinc yaşadırıq.

- Yeni transfer etmək fikriniz var?
- Hələ ki, 3-4 gün vaxtımız var. Çalışırıq ki, istədiyimiz futbolçunu transfer edək. Məni də düzgün başa düşün. Gərək transfer məsələsində çox götür-qoy edəsən.

- Ananız müsahibəsində bildirmişdi ki, belə gərgin oyunları izləyə bilmir, həyəcanlanır. Matçdan sonra onunla əlaqə saxladınız?
- Hələ ki, yox. Bəlkə də mənə ən çox azarkeşlik edən elə anamdır. Uduzanda çox həyəcan keçirir. Onu öpürəm, təbrik edirəm.


Müəllif:

Oxşar xəbərlər