2 Sentyabr 2015 17:32
410

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK məşhur bolqar futbolçu Dimitar Berbatovu heyətinə qatıb.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı forvard yeni klubu ilə bir illik müqavilə imzalanıb. PAOK-a azad agent kimi keçən futbolçunun məvacibi isə 1,5 milyon avro təşkil edəcək.

Berbatov ötən mövsüm "Monako"nun heyətində Fransa Liqa 1-də 38 oyunda iştirak edib, 13 qol vurub.

34 yaşlı hücumçu karyerası ərzində "Bayer" (Leverkuzen), "Tottenhem", "Mançester Yunayted" və "Fulhem" kimi klublarda da oynayıb.

Rüstəm


Müəllif:
Загрузка...