13 Sentyabr 2015 12:08
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Premyer Liqanın IV turu "Qarabağ" üçün 3 xal ilə əlamətdar oldu. Sonuncu çempion "Xəzər Lənkəran"ı üstələdi.

Teleqraf.com xəbər verir ki, baş məşqçi oyundan sonra mətbuat konfransında bunları deyib: "Mən ilk növbədə istəkli kollektiv yaratdığına görə Yunis Hüseynovu təbrik edirəm. Hər iki komandanın azarkeşlərinə minnətdaram. Futbolçularıma təşəkkür edirəm ki, qələbə üçün əllərindən gələni etdilər.

Qələbə qazanmasaydıq belə, mən oyunçulardan razılığımı bildirəcəkdim. Çünki meydançada düzgün mübarizə aparırdılar. Futbolçular dinamik komandaya qarşı süni örtüklü meydançada çıxış etdilər.

Rəqib oyunun ilk dəqiqəsindən meydançanın hər qarışı uğrunda mübarizə aparırdı. Bizim qarşıda "Tottenhem"ə qarşı ağır oyunumuz gəlir. Həmin oyuna qədər kollektivi optimal vəziyyətə gətirməliyik".

Rüstəm


Müəllif: