17 Sentyabr 2015 23:45
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, təmilçimiz “Qəbələ” də ilk oyununa çıxacaq.

Tarixində ilk dəfə Avroliqanın qrupuna düşən milli çempionatınımızın bürünc mükafatçısı bu mərhələnin ilk oyununda öz meydanında Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq.

Qrup mərhələsinə qədər “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr) və “Panatinaikos” (Yunanıstan) klublarını mübarizədən kənarlaşdıraraq təsnifat mərhələsində uğurlu çıxış göstərən “Qəbələ” eyni uğuru qrup mərhələsində də davam etdirmək niyyətindədi. Bunun üçün isə ilk növbədə, PAOK-u Bakıdan əliboş yola salmaq lazımdı. Əgər Qriqorçukun yetirmələri bunu bacarsalar, növbəti mərhələyə çıxmaq yolunda vacib addım atmış olacaqlar.

Təmsilçimizin heyətində zədəli Rafael Santosun yoxluğu ciddi itki hesab oluna bilər. Əvəzində isə yeni transferlər, elə PAOK-dan transfer edilmiş Fakundo Pereyra və “Xəzər Lənkəran”dan icarəyə götürülmüş Vaqif Cavadov baş məşqçinin şans verəcəyi təqdirdə oynaya biləcəklər.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

17 sentyabr

“Qəbələ” (Azərbaycan) – PAOK (Yunanıstan) - 0:0

Bakı. “Bakcell Arena”. Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (İspaniya)

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Sttankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 88. David Meza Kolli, 10. Dodo (k), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 69. Aleksey Antonov, 7. Ermin Zets

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 70. Vaqif Cavadov, 32. Fakundo Pereyra, 66. Samir Zərgərov

Baş məşqçi: Roman Qriqorçuk

PAOK: 25. Robin Olsen, 15. Migel Vitor, 20 Rikardo Kosta, 31. Gerogios Tzavellas, 70. Stelios Kitsiu, 6. Aleksandros Tziolis, 11. Robert Mak, 24. Qari Rodrigez, 52. Erik Sabo, 77. Dmitrias Pelkas, 33. Stefanos Atasiniadis

Ehtiyat oyunçular: 71. Panagiotis Qlikos, 13. Stelios Malezas, 22. Dmitris Konstantinidis, 7. Eyal Qolasa, 21. Çaris Çarisis, 9. Jairo da Silva, 10. Dmitar Berbatov

Baş məşqçi: İqor Tudor


Müəllif: