20 Sentyabr 2015 01:58
333

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

AZAL öz meydanında “İnter”i qəbul edib. Cari mövsüm qələbə və qola həsrət qalan “təyyarəçilər” bu dəfə də istəyinə çatmayıb.

Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0.

Digər görüşdə Premyer Liqamızın debütantı “Zirə” “Rəvan”ı qəbul edib. Oyun meydan sahiblərini 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyunları sentyabrın 20-21-də keçiriləcək.


Müəllif:
Загрузка...