21 Sentyabr 2015 18:21
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqası ilə bağlı maraqlı statistik göstərici açıqlayıb.

Publika.az xəbər verir ki, UEFA-nın saytının araşdırmasına görə, Çempionlar Liqasının (Çempionlar Kuboku da daxildi) ən səmərəli bombardiri "Bavariya"nın əfsanəsi Herd Müllerdi.

Çempionlar Liqasının bombardiri Kriştiano Ronaldodur. O, indiyə qədər 80 qol vurub. Ancaq Ronaldo UEFA-nın açıqladığı siyahıda heç ilk onluqda da yer almayıb. Lionel Messi isə 7-ci pillədədir. Hər oyuna görə vurulan qolların sayında Müller inanılmaz göstəriciyə sahibdir. O, 35 oyunda 34 qol vurub ki, bu da hər oyuna 0,97 qol deməkdir.

İkinci pillədə "Milan"ın və "Yuventus"un əfsanəvi futbolçusu Joze Altafini qəraraşlıb - 28 oyun, 24 qol (0,86). İlk onluqdakı futbolçuların göstəricilərini təqdim edirik:

Herd Müller (Bavariya) - 35 oyun, 34 qol (0,97)
Joze Altafini (Milan/Yuventus) - 28 oyun, 24 qol (0,86)
Ferents Puşkaş - (Qonved/Real) - 41 oyun, 35 qol (0,85)
Alfredo di Stefano (Real) - 58 oyun, 49 qol (0,84)
Aquaş (Benfika) - 22 oyun, 18 qol (0,82)
Lionel Messi (Barselona) - 100 oyun, 77 qol (0,77)
Jan-Pyer Papen (MarselMilan) - 37 oyun, 28 qol (0,76)
Eysebio (Benfika) - 63 oyun, 47 qol (0,75)
Ruud Van Nistelroy (PSV/MY/Real) - 81 oyun, 60 qol (0,74)
Marko Van Basten (Ayaks/Milan) - 28 oyun, 19 qol (0,68)


Müəllif: