FIFA prezidenti Yozef Blatterə qarşı cinayət işi açılıb.
Trend-in TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, İsveçrə prokurorluğu cümə günü onun mətbuat konfransı ləğv edilib. Sentyabrın 25-də Y.Blatter prokurorluq əməkdaşları tərəfindən dindirilib.
İsveçrə prokurorluğunun məlumatına görə, FİFA prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.
Y.Blatterin ofisində axtarış həyata keçirilib və bütün sənədlər götürülüb.