5 Oktyabr 2015 15:46
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpul"un yarımmüdafiəçisi Filipp Koutinyo əvvəlki kimi "Barselona"nın maraq dairəsindədi.

Teleqraf.com-un məlumatına görə, La Liqa təmsilçisi qış "transfer pəncərəsi" zamanı Braziliya millisinin 23 yaşlı oyunçusunu əldə etməyi planlaşdırır. Klub rəhbərliyi "sambaçı"nı yayda "Çelsi"yə keçən Pedro Rodriqesin yerinə ən yaxşı alternativ hesab edir.

Kataloniyanın "Sport" qəzetinin verdiyi xəbərə görə, transferin dəyəri 30 milyon avrodu.

Qeyd edilir ki, "Barselona" Koutinyonu yayda transfer istəyirdi. B komandasının hücumçusu Adama Traorenin "Liverpul"a mümkün satışı haqqında danışıqlar zamanı tərəflər braziliyalının da keçidini müzakirə ediblər.

Ancaq klublar anlaşa bilmədiyindən Traore "Aston Villa"ya transfer olundu, Koutinyonun məsələsi ilə açıq qaldı.

Koutinyo bu mövsüm 7 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər