Uels millisi və Madrid "Real"ının futbolçusu Qaret Beylə vaxtilə ona İngiltərə millisində oynamaq təklif edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Həmin vaxtı xatırlayan təcrübəli yarımmüdafiəçi belə danışıb:
"O zaman mən çox gənc idim. Bu söhbət mənim agentim vasitəsilə ortaya çıxdı, amma bizim danışığımız cəmi bir neçə saniyə çəkdi. Mən dedim: "Dayanın! Bu heç vaxt ola bilməz.
Mən Uels sakiniyəm və öz ölkəmi çox sevirəm. Hər kəs bilir ki, Uelsin uğur qazanması üçün necə istəklə oynayıram. Nənəm ingilisdi, ancaq mən uelsliyəm, bax belə...".
Uels millisi AVRO-2016-nın seçmə mərhələsindən sonra finala vəsiqə qazanan komandalardan biridi.
Rüstəm