22 Oktyabr 2015 08:17
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsində "Tottenhem"lə qarşılaşacaq "Anderlext"in futbolçusu Qiyom Jille qarşıdakı oyun haqda danışıb.

Qol.Az-ın Belçika mətbuatına istinadən verdiyi məlumata görə, Jille bu görüşdən qalib ayrılmaqla turnir cədvəlində "Qarabağ"ı keçməli olduqlarını bildirib:

"Zulte Varegem" üzərindəki qələbə komandaya özünəinam qazandırdı. Ancaq çox da özümüzə güvənməməliyik. Çünki Avropa Liqasında yüksək səviyyəli komanda, "Tottenhem"lə qarşılaşacağıq. Bu oyunda sonadək mübarizə aparmalı və qol imkanlarından maksimum istifadə etməyə çalışmalıyıq. Hazırda turnir cədvəlində sonuncu pilləsində qərarlaşmışıq. "Tottenhem"ə qalib gəlməklə turnir cədvəlində "Qarabağ"ı keçməliyik".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" sabah səfərdə "Monako"nun qonağı olacaq. "Anderlext" isə öz meydanında "Tottenhem"i sınağa çəkəcək.


Müəllif: