Madrid "Real"ının baş məşqçisi Rafael Benites İspaniya La Liqasında "Las Palmas"la bu gün keçirəcəkləri oyundan öncə zədəli futbolçularla bağlı vəziyyəti şərh edib.
Teleqraf.com xəbər verir ki, təcrübəli çalışdırıcı bunları söyləyib:
"Biz Navas, Benzema, Ramos və Xamesin səhhətilə risk etməyəcəyik. Milli komandalara gəlincə isə FIFA-nın qaydalarına görə, sağlam olan bütün futbolçular yığma düşərgəsinə yollanmalıdı.
Xamesin bərpası ilə məşğuluq. O, sağaldığı zaman millinin oyunlarına yollanacaq.
Nə Xames, nə də Beylin müalicə müddətinin qısalmasına can atmırıq. Mən klub məşqçisiyəm və sadəcə istəyirəm ki, oyunçularım sağlam qayıtsınlar. Millinin baş məşqçisi olsaydım, bəlkə də fərqli düşünərdim.
Benzemaya gəlincə, bərpası normal davam edir. Amma yalnız 100% sağlam olduqdan sonra heyətə salınacaq".
"Real" - "Las Palmas" oyunu bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Rüstəm