20 Noyabr 2015 18:33
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə baş verən terror hadisəsinə görə Fransada I və II liqaların oyunları təxirə salınmayacaq.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, lakin qonaq komandanın azarkeşləri stadionlara buraxılmayacaq.

Bu barədə Fransa Peşəkar Futbol Liqasının prezidenti Federik Trieza məlumat verib. O, qonaq komandanın azarkeşlərinin stadionlara buraxılmamasına belə aydınlıq gətirib: "Bu qərarı təkcə, azarkeşlər arasında baş verəcək hər hansı toqquşmanın qarşısını almaq üçün qəbul etmədik. Belə çətin dövrdə Daxili İşlər Nazirliyi kifayət qədər qüvvəyə malik deyil. Daha dəqiq desək, stadionlarda asayişi qorumaq və azarkeşlərin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər çevik qüvvəmiz yoxdur".

Qeyd edək ki, həftəsonu Fransa liqalarında keçiriləcək oyunlar zaman meydan sahibi komandaların azarkeşləri stadionlara çantasız gəlməli olacaqlar. Özləri ilə partladıcı maddələr və ya petarda gətirəcəkləri təqdirdə həbs olunacaqlar.


Müəllif: