4 Dekabr 2015 10:06
582

"Barselona"nın ulduz futbolçusu Lionel Messi "İnstaqram" hesabındakı izləyicilərinin sayına görə görə Kriştiano Ronaldoya yaxınlaşmaqdadı.

Teleqraf.com xəbər verir ki, argentinalı forvardın izləyicilərinin sayı 30 milyona çatıb. Bu münasibətlə futbolçu Kataloniya klubundakı debüt oyununda geydiyi formanı nümayiş etdirib və abunəçilərinə təşəkkür edib.

Təsadüf ondan ibarətdi ki, ilk oyunda Messi 30 nömrəli forma ilə çıxış edib.

Ronaldo "İnstaqram"da idmançılar arasında liderdir. Onun izləyicilərinin sayı 38 milyonu keçib. 2-ci yerdə qərarlaşan Neymarın folloverləri 36 milyondan çoxdu. Siyahıda 3-cü sırada restler Duayn Consondu. O Neymardan 2 milyon geri qalır.

Rüstəm


Müəllif:
[X]
1xBet