"Bavariya"nın futbolçuları Frank Riberi və Mehdi Benatia bu ilin sonuna kimi yaşıl meydanlardan uzaq qalacaq.
Buna səbəb hər iki oyunçunun Çempionlar Liqasının sonuncu turunda "Dinamo"ya (Zaqreb) qarşı matçda zədələnmələridir. Onlar bu il keçiriləcək üç oyunu buraxacaq.
Qeyd edək ki, F.Riberi bundan əvvək mart ayında zədələnmişdi. O, dekabr ayında yenidən matçlarda iştirak etmişdi./Qol.Az