UEFA Fransada 2016-cı ilin Avropa çempionatının keçirilməsindən 1,95 milyard avro qazanacaq. Musavat.com xəbər verir ki, məlumatı TASS yayıb.
AÇ-2016-nın iştirakçıları üçün ümumi mükafat fondu 301 milyon avro təşkil edəcək, Avropa çempionu olan komanda isə 27 milyon dollar alacaq. EUFA-nın Avropa çempionatı oyunlarının yayım hüququnun satışından gəliri 1 milyard, bilet satışından 480 milyon avro, kommersiyadan əldə etdiyi qazanc isə 470 milyon avro olacaq.
Futbol ittifaqı futbolçularının Avropa çempionatının final mərhələsində iştirak etdiyi klublar arasında 150 milyon avronu bölüşdürəcək. Çempionatın keçirilməsində ümumi gəlirin 625 milyon avrosu yarışın təşkilinə xərclənəcək, yığmaları turnirin final mərhələsində iştirak edən milli assosiasiyalar arasında 301 milyon avro bölünəcək.