13 Dekabr 2015 20:45
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki fərqli hissə izlədik. İlk hissədə daha yaxşı futbol oynadıq. Fasilədən sonra düşündük ki, rəqibi əks hücumda tutaq. Amma düşündüklərimizi yerinə yetirə bilmədik. Buna rəğmən, qələbə hesabını qoruyub saxlaya bildik.

Teleqraf.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçsisi Əsgər Abdullayev "Qəbələ"yə qalib gəldikləri oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, "Neftçi"də qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Komandada qalıb-qalmayacağımla bağlı sual 1 aydır ki, davam edir. Bu sual çeynənmiş sakkız kimidir. Bilirdim ki, yenə bu sual olacaq. Hər şey Allahın qismətidir.

Filyonun əsas heyətdə meydançaya çıxması təsadüfi deyildi. Son məşqlərdə onu daha “diri” gördüm. Başla yaxşı oynamağı bacaran futbolçunu start heyətində meydançaya buraxdım və sevindirici haldır ki, yanılmadım. Zədəli oyunçularımız var. Elşən Abdullayev əməliyyat olunub, Araz Abdullayev isə zədədən yeni qayıdıb. Futbolçular formaya düşdükdən sonra heyətdə rəqabət artacaq. İndiki vəziyyətdə futbolçular özlərinə inanmalıdırlar”.


Müəllif:

Oxşar xəbərlər