Bu gün Çempionlar Liqasında 1/8 finalın püşkü atılıb.
Teleqraf.com-un məlumatına görə, püşkatma mərasimi Bakı vaxtı ilə 15.00-da UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.
Püşk qrup qaliblərini qrup ikinciləri ilə üz-üzə qoyub. "Roma" "Real"a, PSJ "Çelsi"yə, "Arsenal" "Barselona"ya, "Yuventus" isə "Bavariya"ya rəqib olub.
Qeyd edək ki, 1/8 finalın ilk oyunları 16/17 və 23/24 fevral, cavab görüşləri isə 8/9 və 15/16 mart tarixlərində keçiriləcək.
Çempionlar Liqasının 1/8 finalının cütlükləri:
"Gent" (Belçika) - "Volfsburq" (Almaniya)
"Roma" (İtaliya) - "Real" (Madrid, İspaniya)
PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya)
"Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya)
PSV (Hollandiya) - "Atletiko" (Madrid, İspaniya)
"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)
"Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" (İngiltərə)