Gələn ilin yayında Fransada keçiriləcək Avropa çempionatında ədaləti təmsil edəcək hakimlər müəyyənləşib.
Turnirin final mərhələsinin oyunlarına 18 hakim təyinat alıb.
Onların sırasında Türkiyəli FİFA referisi Cüneyt Çakır da var. "Avro-2016"da keçiriləcək 51 oyunu idarə edəcək 18 hakimin siyahısı belədir:
Martin Atkinson (İngiltərə), Pavel Kraloveç (Çexiya), Feliks Brix (Almaniya), Byörn Kuypers (Hollandiya), Cüneyt Çakır (Türkiyə), Simon Marçinyak (Polşa), Mark Klattenburq (İngiltərə), Milorad Maziç (Serbiya), Uilyam Kollum (Şotlandiya), Svein Moen (Norveç), Conas Eriksson (İsveç), Nikola Ritsoli (İtaliya), Ovidiu Hateqan (Rumıniya), Damir Skomina (Sloveniya), Sergey Karaşev (Rusiya), Klement Turpin (Fransa), Viktor Kaşşai (Macarıstan) və Karlos Velasko Karbalyo (İspaniya)
Qeyd edək ki, "Avro-2016"nın final mərhələsinin oyunları 10 iyun - 10 iyul tarixlərində Fransada keçiriləcək.