Klublararası dünya çempionatının final oyununun təyinatları açıqlanıb.
Qol.Az-ın məlumatına görə, “River Pleyt” (Argentina) və “Barselona” (İspaniyanın) klubları arasında keçiriləcək həllecini matçı iranlı hakimlər briqadası idarə edəcək.
Yaponiyada keçirilən yarışın final qarşılaşması Əlireza Fəqaniyə tapşırılıb. Ona Reza Soxəndan və Məhəmmədreza Mənsuri yardım edəcək. Dördüncü hakim isə kamerunlu Alioum olacaq.
Qeyd edək ki, sözügedən oyun sabah saat 14:30-da başlayacaq.