2016-cı ildə keçiriləcək "Formula 1" üzrə Qran-Pri İngiltərənin "Channel 4" telekanalı vasitəsilə yayımlanacaq.
"Report"un məlumatına görə, bu barədə çempionatın baş meneceri Berni Ekklstoun açıqlama verib.
O, "Formula-1"in İngiltərədə yayımçısı olan BBC kanalının müqavilə şərtlərini yerinə yetirə bilmədiyini və bu səbəbdən yeni yayım şirkəti ilə anlaşdıqlarını bildirib: "Buna baxmayaraq şadam ki, "Formula-1" zamanı yarışlar reklamsız və fasiləsiz yayımlanacaq. Əminəm ki, "Channel 4" BBC ilə eyni səviyyədə qalmayacaq və yeni yanaşmalar təklif edəcək".
Qeyd edək ki, "Formula-1"in yayım hüququ BBC telekanalına məxsus idi. Lakin tərəflər yeni şərtlərdə razılaşmadıqlarından, yayım "Channel 4" kanalına verilib. Yeni yayımçı tamaşaçılara 2016-cı ildə keçiriləcək 10 Qran-Prini, seçmə mərhələ və digər 11 mərhələnin ən maraqlı anlarını təqdim edəcək.