22 Dekabr 2015 23:51
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyada ilin ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gəlib.

Bu ada "Çelsi"nin futbolçusu Nemanya Matiç layiq görülüb.

İkinci dəfə Serbiyanın ən yaxşı seçilən Matiç bu göstəricidə həm "Çelsi", həm də yığmadağı komanda yoldaşı Branislav İvanoviçə çatıb. Ona səs verən hər kəsə təşəkkür edən 27 yaşlı futbolçu ilin ən yaxşısı seçilməyinin onun üçün gözəl motivasiya olacağını bildirib.

Qeyd edək ki, 2014-cü ildə "Benfika"dan "Çelsi"yə transfer olunan Matiç keçirdiyi 69 oyunda 2 qol vurub.


Müəllif:

Oxşar xəbərlər