Azərbaycanda daha bir klub dağılmaq ərəfəsindədir.
I Divizionda mübarizə aparan Qusarın "Şahdağ" klubu tezliklə tarixin yaddaşına köçəcək.
Hazırkı durum bunu deməyə əsas verir. Belə ki, klubun sponsoru olan "Azenco" şirkəti neçə aydır futbolçulara maaş verə bilmir. Nəhayət cana doyan rəhbərlik sponsora ağız açaraq növbəti dəfə futbolçuların maaşlarının verilməsini xahiş edib. Lakin cavab qısa və konkret olub: "pul yoxdur, gedin, neynirsiniz eliyin". Bununla da "Azenco" rəsmən klubdan imtina edib.
Məsələyə klubdan da münasibət öyrənməyi lazım bildik. Klubun mətbuat xidməti məlumatı nə təsdiq nə də inkar etdi.