6 İyun 2014 14:22
872
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspaniya millisi qələbə qazandığı təqdirdə komanda üzvlərinə fantastik mükafat vəd edilib.
İspanlar çempion olsalar dünya çempionatına aparılan 23 oyunçusunun hər biri 720 min avro alacaq.
Məşqçi heyətinin bütün üzvləri də eyni məbləğdə pulla mükafatlandırılacaq. Bu, ispanların 4 il əvvəl Cənubi Afrika Respublikasında çempion olandan sonra aldıqları məbləğdən 120 min avro çoxdur.
Beləliklə, bu, dünya çempionatının iştirakçıları arasında ən böyük mükafat vədidir. Məsələn, Braziliya yığmasının üzvlərinə qələbəyə görə 330 min, Almaniya millisinin üzvlərinə isə 300 min mükafat vəd edilib./apa/

Müəllif: