26 Dekabr 2015 20:42
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fluminense"dən ayrıldıqdan sonra işsiz qalan Ronaldinyo tezliklə yeni klubunun adına aydınlıq gələcəyini bildirib.

Braziliya millisinin sabiq üzvü ABŞ-da çıxış etməyin tərəfdarı olduğunu gizlətməyib.

"Xoşbəxt olduğum və fiziki durumumun imkan veridyi müddətə qədər futbol oynayacam. Gələcəklə bağlı bir sıra planlarım var. Amerika çempionatında çıxış etmək yaxşı təklifdi. Dubay və Braziliya haqda da eyni fikirdəyəm. Bir az düşünüb, növbəti həftələrdə qərarımı açıqlayacam".

Xatırladaq ki, "sambaçı"nın adı uzun müddətdi Türkiyənin "Antalyaspor" və İsveçrənin "Sion" klubu ilə yanaşı hallanır./Sport7.az


Müəllif:

Oxşar xəbərlər